“Barselona”nın sabiq qapıçısı “Yuventus”a qayıtmağa hazırlaşır

25 Sentyabr 00:20 İtaliya 372
“Barselona”nın sabiq qapıçısı  “Yuventus”a qayıtmağa hazırlaşır

“Barselona”nın sabiq qapıçısı Norberto Neto “Yuventus”a qayıtmağa hazırlaşır.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 37 yaşlı qolkiper sabah tibbi müayinədən keçəcək və müqavilə imzalayacaq.

Tərəflər arasında sözləşmənin müddəti 2026/27 mövsümünün sonuna qədər nəzərdə tutulub.

Neto “Yuventus”a azad agent kimi qoşulacaq. Onun son klubu Braziliyanın “Botafoqo” komandası olub. Braziliyalı qapıçı 2015-2017-ci illərdə də Turin klubunun formasını geyinib.

“Yuventus” İtaliya çempionatında 5 turdan sonra 10 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
8 Noyabr 20:00 Çək və bizə göndər!