«Qəbələ»nin futbolçuları Kaxaber Sxadadze ilə bağlı ilginc etiraf edib. Onlar klub rəhbərliyi ilə görüşdə keçmiş baş məşqçinin ünvanına tənqidlər yağdırıblar. «Qırmızı-qaralar» 2024-cü ilin fevralından bəri burada çalışmış gürcüstanlı mütəxəssisin daim komanda gərginlik içində saxladığını bildiriblər: «Biz özümüzü bədbəxt hiss edirdik. Təkcə oyuna çıxanda deyil, gündəlik məşq prosesində və ondan kənarda. Hətta yeməyə gedəndə belə. Kaxa hər dəfə danışanda, bizə elə gəlirdi ki, yenə söyüş söyür. Çünki hamımız onu belə görmüşük, belə tanımışıq. Köməkçisi Georgi Çixradze də ondan geri qalmır. Adətən, görmüşük ki, baş məşqçi aqressiv hərəkət edəndə, onu yanındakı adam sakitləşdirər. Çixradze isə Sxadadzeni daha çox qızışdırırdı».
SPORTİNFO.AZ
