Bir belə transferi klub üçün etməyiblər

19:00 Qəbələ 156
Bir belə transferi klub üçün etməyiblər

«Qəbələ»ni idarə edənlər bu yayı boş keçirməyib, «yaxşı» çalışıblar.

Kaxaber Sxadadzeni 3 oyun öncə yola saldılar, dəm-dəstgah isə hələ qabaqdadır.

Çempionata pis başlamağın günahını gürcüdə gördülər və göndərdilər. Ondan geridə qalanlar isə futbolçulardır, onları göndərmək isə asan məsələ deyil.

Hamısının müqaviləsi var və vida sənədini imzalamaları üçün hər birinə təzminat ödəmək gərəkdir.

Bunu da, təbii ki, Fariz Nəcəfov etməyəcək. O qədər pul hardandır,.?

«Qəbələ»ni aciz göstərən uğursuz transyer siyasətidir. Keçən il olduğu kimi, bu il də klub maraqları düşünülməyib.

Düşünülübsə belə, çox az. Hər halda məğlubiyyətlər sıralanırsa, söyüşcül Kaxanın gedişinin müsbət qatqısı görünmürsə, demək ki, işlər başdan pis qurulub.

O qədər pis ki, Kaxanın əlindən zəncir çeynəyən futbolçular qəfəsdən çıxmış quş kimi süzmür meydanda.

Üç ay qabaq düşərgəni tərk edənlər ondan sonra gələnlərdən daha yaxşı idi. Ovusu, Massumo və digərlərinin yeri boş qalıb, yenilər, deyəsən, bura quş uçurtmaq, ya da ki, çay kənarında gəzişmək məqsədilə «Qəbələ»yə dəvət olunub.

«Neftçi»yə uduzmaq günah deyil. Qəbahət ərazi üstünlüyünü 10-15 dəqiqə əldə saxlayıb, sonra onu rəqibə verməkdir.

Müdafiənin cinahları və mərkəz tam bir fiasko! Belə bərbad birinci zonayla «Qəbələ»nin yolu yenə Birinci Liqaya düşəcək.

Allah Jeton Beqalinin yardımçısı olsun! İşi, çoxdur, lap çox.

Yaxşı yerə ilişməyib.

ELNUR

Digər Xəbərlər
Xəbər Lenti