Azərbaycan komandası Çempionlar Liqasına 4:0-la vida etdi

03:20 Futzal 96
Azərbaycan komandası Çempionlar Liqasına 4:0-la vida etdi

"Aznur" minifutbol üzrə Çempionlar Liqasının qrup mərhələsində mübarizəni dayandırıb.

Sportinfo.az xəbər verir ki, Rəcəb Fərəczadənin baş məşqçi olduğu komanda F qrupundakı sonuncu matçını Macarıstan təmsilçisi "The Private Rooftop"a qarşı keçirib.

Bu görüşdə "Aznur" 4:0 hesablı qələbə qazanıb. Azərbaycan klubunun heyətində Elməddin Hüseynzadə (7), Mirkamil Əliyev (11), Mehdi Rəsulov (14) və Pərviz Qaraxanov (33) fərqləniblər.

Qələbəyə baxmayaraq komanda İspaniyanın Kambrils şəhərində təşkil olunan turnirlə vidalaşıb.

"Aznur" ötən gün keçirdiyi ilk görüşdə Polşa təmsilçisi "Sokil"ə 0:2, ikinci qarşılaşmada isə İngiltərənin "Bukovina Badeuti" kollektivinə 2:3 hesabı ilə yenilmişdi.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş