“Qarabağ” sentyabrın 8-də qapıçısı Mateuş Koxalski ilə yolların ayırıb.
Sportinfo.az xəbər verir ki, polşalı qolkiper karyerasını ölkəsində - “Vyeçista”da davam etdirəcək.
2024-cü ilin yayında “Qarabağ”a gələn polyak bu müddətdə 76 oyun keçirib.
O, Azərbaycan çempionu olub (2024/25), Çempionlar Liqasında 1/8 finala vəsiqə uğrunda pley-offa qədər irəliləyib və turnirdəki 40 seyvlə “Top-3”də qərarlaşıb.
"Qarabağ"la birlikdə Çempionlar Liqası səhnəsindən Polşanın "təvazökar" klubuna üz tutan Koxalskinin karyera seçimi ölkəsində səngimək bilməyən narazılıq dalğası yaradıb.
Polşa millisinin və "Liverpul"un sabiq qapıçısı Yersi Dudek "Polsat Sport"a verdiyi müsahibədə gənc qolkiperin bu addımını və üstəlik milli komandaya dəvət olunmasını sərt şəkildə tənqid edib.
"Avropanın ən yaxşı klublarından birinə keçmək üçün mübarizə aparmalı olan futbolçu rahat yolu seçdi.
Ekstraklasanın autsayderlərindən birinə transfer oldu və bunun müqabilində Polşa millisinə dəvət aldı. Bu, absurd və ədalətsizdir".
Əfsanəvi qapıçının səsləndirdiyi bu sərt tənqidlər Koxalskinin üzərinə düşən təzyiqləri qat-qat artıracaq gücdədir.

