Əli hər yerdən üzülən Premyer Liqa komandasını o çalışdıracaq? - SON DƏQİQƏ

14:40 Qəbələ 323
Əli hər yerdən üzülən Premyer Liqa komandasını o çalışdıracaq? - SON DƏQİQƏ

Millinin sabiq baş məşqçisi Şahin Diniyev hazırda «Qəbələ»nin gündəmindədir.

Saytımız bu barədə klubun özündən məlumat əldə edib.

Redaksiyamıza daxil olan informasiyaya görə, rəhbərliyin seçim imkanları məhduddur. Çünki danışıqlar aparılan əcnəbilərin bir neçəsi Azərbaycana gəlməkdən imtina edib.

Səbəb maaş fondunun azlığıdır. Kaxaber Sxadadzeyə 10 min dollar əməkhaqqı vermiş «qırmızı-qaralar» indi bu pula heç bir xaricini razı sala bilmir.

Qəbəlilərin bir müddət sıx təmas qurduğu serbiyalı çalışdırıcı da təklifi geri çevirib. Bundan sonra əsas diqqəti yerlilərə yönəldən əyalət təmsilçisi Diniyevlə əlaqəyə keçib.

Bu gün onunla görüş nəzərdə tutulub. Klubun prezidenti Fariz Nəcəforvun şəxsən onunla bir araya gəlməsi gözlənilir.

2024-cü ilin fevralında görəvə gətirilmiş Kaxaber Sxadadze iki həftəyə yaxındır ki, vəzifəsini tərk edib. Onunla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

«Qəbələ»ni Premyer Liqanın son iki oyununa Asif Məmmədov-Amil Ağacanov cütlüyü çıxarıb. Komanda doğma rayonda «İmişli»ni 2:1 udubsa, Gəncədə «Kəpəz»ə 0:1 hesabıyla yenilib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı