“Tələsmək istəmirik, yekun qərar həmin vaxt veriləcək"

02:30 Milli komanda 94
“Tələsmək istəmirik, yekun qərar həmin vaxt veriləcək"

Azərbaycan millisi Bakıda keçiriləcək U-15 dünya çempionatında yaxşı nəticə qazanmaq istəyir.

Sportinfo.az xəbər verir ki, bu barədə "report"a komandanın baş məşqçisi Famil Xəlilov açıqlama verib.

Mütəxəssis yarışla bağlı təəssüratlarını bölüşüb:

"Təbii ki, yaxşı nəticə qazanmaq istəyirik. Bunun üçün əlimizdəm gələni edəcəyik. Hədəf ölkəmizi layiqli təmsil etməkdir".

F.Xəlilov sentyabrın 8-dən hazırlıqlara start verdiklərini xatırladıb:

"Artıq üç toplanış geridə qalıb. İlk hazırlıq prosesləri qısamüddətli təşkil olunub. Məqsəd futbolçuları tanımaq, onları maarifləndirmək idi.

Milli dəyərləri təbliğ etmək üzərində daha çox dayanmışıq. Toplanışlarla bağlı sevindirici məqam odur ki, bu yaş qrupunda kifayət qədər istedadlı futbolçularımız var".

O, heyət seçiminə də toxunub:

"Hazırda bizimlə birlikdə 21 futbolçu davam edir, yekun heyəti təyin etməyə tələsmirik. İstəyimiz geniş heyətlə hazırlığı davam etdirməkdir.

Məncə, tələsik qərar vermək doğru olmaz. Oktyabrın 2-11-i aralığında uzunmüddətli toplanış olacaq. Yəqin ki, yekun qərar həmin vaxt veriləcək".

Azərbaycan millisi AF qrupunda yer alıb. Yığma Andorra, Avstraliya, Haiti, İsrail və Şərqi Timorla mübarizə aparacaq. U-15 dünya çempionatı və festivalı oktyabrın 24-30-da təşkil olunacaq.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş