“NEFTÇİ”: Bir neçə oyunçu əsas komandaya cəlb olundu - FOTOLAR

11:20 Neftçi 204
“NEFTÇİ”: Bir neçə oyunçu əsas komandaya cəlb olundu - FOTOLAR

“Neftçi” məşqlərini bərpa edib.

Sportinfo.az xəbər verir ki, “Qəbələ” üzərində 3:0 hesablı səfər qələbəsindən sonra 5 günlük istirahətə buraxılan komandanın üzvləri “Palms Sports” Futbol Mərkəzində məşqə çıxıblar.

Baş məşqçi Yuri Vernidubun rəhbərliyi altında keçirilən hazırlıq prosesində milli komandaların düşərgəsində olan futbolçular iştirak etməyiblər. Əvəzində, B komandadan bir neçə oyunçu məşqə cəlb olunub.

“Neftçi” Misli Premyer Liqasında növbəti matçını oktyabrın 9-da “Sabah”a qarşı keçirəcək. “Palms Sports Arena”da baş tutacaq görüş saat 19:30-da start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!