AFFA-nın nəzdində fəaliyyət göstərən 3 federasiya ləğv olunub.
Futzal federasiyası, Sahə Futbol Federasiyası və Çimərlik Futbolu federasiyası fəaliyyətini dayandırıb.
Bu üç qurumun əsasında departament yaradılıb. Onların bütün səlahiyyətləri birbaşa AFFA-ya aid orqana verilib.
Struktur dəyişikliyinin məqsədi sözügedən sahələrin işini optimallaşdırmaq, daha operativ idarəetmə modeli yaratmaqdır.
Bu, o cümlədən, həmin bölümlərə ayrılan büdcədən səmərəli və mərkəzləşmiş qaydada istifadəyə imkan verəcək.
SPORTİNFO.AZ
