«Qəbələ»nin baş məşqçi axtarışları bitib.
İki həftəyə yaxındır hər yeri «ələk-vələk» edən rəhbərlik istədiyi mütəxəssisi tapıb.
Bu barədə klubdan redaksiyamıza məlumat verilib. Bildirilib ki, o, şimali makedoniyalıdır.
Balkan yarımadasından olan çalışdırıcı artıq Azərbaycandadır. Tərəflər arasında bütün müqavilə şərtlərində razılıq əldə edilib.
Təyinatın ən qısa zamanda açıqlanması gözlənilir.
2024-cü ilin fevralında görəvə gətirilmiş Kaxaber Sxadadze iki həftəyə yaxındır ki, vəzifəsini tərk edib. Onunla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
«Qəbələ»ni Premyer Liqanın son iki oyununa Asif Məmmədov-Amil Ağacanov cütlüyü çıxarıb. Komanda doğma rayonda «İmişli»ni 2:1 udubsa, Gəncədə «Kəpəz»ə 0:1 hesabıyla yenilib.
SPORTİNFO.AZ
