“Barselona”da Messidən çox şey öyrəndim” - Fransalı hücumçu

21:40 İspaniya 85
“Barselona”da Messidən çox şey öyrəndim” - Fransalı hücumçu

PSJ-nin və Fransa millisinin hücumçusu, “qızıl top”un son sahibi Osman Dembele “Barselona”da Lionel Messi ilə birlikdə çıxış etdiyi dönəmi xatırlayıb.

Sportinfo.az xəbər verir ki, fransalı futbolçu “BBC Sport”-un “YouTube” kanalına açıqlamasında argentinalı oyunçudan öyrəndiklərini deyib:

“18-20 yaşım olanda tribunaların reaksiyasını görmək üçün mümkün qədər effektli oynamağa çalışırdım. Zaman keçdikcə effektivliyə üstünlük verməyə başladım.

“Barselona”da dünyanın ən yaxşı futbolçuları məni əhatə edirdi. Messi ilə birlikdə oynayırdım.

O, hər şeyi maksimum dərəcədə effektiv edirdi. Ondan çox şey öyrəndim”.

Dembele 2017-2023-cü illərdə “Barselona”nın formasını geyinib.

Digər Xəbərlər
Xəbər Lenti