"Qəbələn"in bu mövsüm də Premyer Liqada işləri rəvan getmir.
Ardıcıl uğursuz oyunlardan sonra baş məşqçi Kaxaber Tsxadadze ilə yollar ayrıldı.
Ardınca gürcüstanlı mütəxəssissiz meydana çıxdığı ilk oyunda "Qəbələ" "İmişli"ni məğlub etdi - 2:1.
Vəziyyətin nisbətən düzələcəyinə inam yarandı. Bəlkə bundan sonra "Qəbələ" uğurlu çıxış edər düşüncəsi formalaşdı azarkeşlərdə.
Davamını son turda gətirmək üçün gözəl fürsət var idi. Rəqib qismində komandanı dişinə görə "Kəpəz" gözləyirdi .
Amma "Kəpəz" səfərində “qırmızı-qaralar” yenə məğlub oldu, həm də o qədər də yaxşı futbolla yadda qalmadan.
Deməli, "İmişli" üzərində qələbə sadəcə bir təsadüf və ya motivasiya hesabına əldə olunan nəticə imiş.
Diqqətimi çəkən yundan sonra komandanın məşqçisi Amil Ağacanovuj açıqlaması oldu.
O bildirib ki, transfer pəncərəsi bağlansa da, yeni transferlər edə bilərik və yeni futbolçular gözlənilir.
Bu, bir növ komandaya yeni əcnəbi futbolçuların alınacağının mesajı kimi qəbul oluna bilər. Sanki problem oyunçu azlığı ilə bağlıdır.
Həqiqətənmi problem futbolçu çatışmazlığı ilə bağlıdır?
Düşünürəm ki, yox.
Bu günkü "Qəbələ"nin problemi futbolçu kəmiyyəti ilə yox, futbolçu keyfiyyəti ilə bağlıdır.
Problem ondadır ki, yayda gətirilən futbolçuların böyük hissəsi komandanın səviyyəsini nəzərəçarpacaq dərəcədə artırmadı.
İndi həmin futbolçuların üzərinə bir neçə yeni əcnəbi əlavə etmək problemin həlli deyil.
"Qəbələn"in yeni transferə ehtiyacı var, amma sadəcə transferə yox.
Komandaya keyfiyyət gətirəcək transferə ehtiyacı var.
Çünki say artırmaq çox asandır.
Əsas məsələ həmin futbolçuların meydanda say yox, keyfiyyət artıra bilməsidir.
Yayda heyətə cəlb olunan yeni əcnəbilərə görə "Qəbələ" azarkeşlərinin əli bal batdı, qaldı növbəti yenilər.
Məncə, klub yeni transferlər barədə düşünməkdən çox, əlində ovcunda olanların potensialını açmaq barədə daha çox baş sındırmalıdır.
XANOĞLAN/ SPORTİNFO.AZ
