PSJ-nin baş məşqçisi Luis Enrike “Barselona”nın yarımmüdafiəçisi Fermin Lopesi komandasında görmək istəyir.
Sportinfo.az xəbər verir ki, bu barədə “El Nacional” məlumat yayıb.
Enrike hesab edir ki, Lopes onun oyun fəlsəfəsinə ideal şəkildə uyğundur. İspaniyalı mütəxəssis yüksək intensivliklə oynayan və daim zərbə mövqelərinə çıxan yarımmüdafiəçiləri yüksək qiymətləndirir.
Fermin boş zonalara açılır, pressinq tətbiq edir, dərinlikdən hücuma qoşulur, qol və məhsuldar ötürmə baxımından yüksək göstəricilər nümayiş etdirə bilir.
PSJ-nin Lopes üçün ciddi təklif irəli sürmək imkanları var. Ancaq hazırda “Barselona” onun transferi ilə bağlı danışıqlar aparmaq belə, istəmir. Kataloniya klubunun mövqeyi qətidir: “Fermin satılmır”.
Hətta 100 milyon avroluq təklifin belə, “Barselona”nı transferi müzakirə etməyə razı salmayacağı bildirilir. Kataloniya təmsilçisi UEFA Çempionlar Liqasının 5-ci turunda, Bakıdakı Olimpiya stadionunda “Sabah”ın qonağı olacaq.
