Ötənlərin məşhur hücumçusu PFL prezidentinin qəbulunda

02:10 Hadisə 100
Ötənlərin məşhur hücumçusu PFL prezidentinin qəbulunda

Tanınmış futbol veteranı İsgəndər Cavadov Peşəkar Futbol Liqasının qonağı olub.

Sportinfo.az xəbər verir ki,bu haqda PFL-in mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, İsgəndər Cavadov PFL prezidenti Elxan Səmədovla görüşüb. Səmimi şəraitdə keçən görüşdə tərəflər Azərbaycan futbolu ilə bağlı ümumi müzakirələr apararaq, xatirələrini bölüşüblər.

Görüşün sonunda PFL prezidenti Elxan Səmədov qonağa xüsusi xatirə hədiyyəsi təqdim edib. İsgəndər Cavadov səmimi qarşılanmaya və diqqətə görə PFL rəhbərliyinə təşəkkürünü bildirib.

Sentyabrın 20-də 70 yaşı tamam olan İsgəndər Cavadov Azərbaycan futbolunun inkişafı və təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunub.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var