Ölkəmizdən gedən baş məşqçinin çin olmayan ARZUSU

23:00 Qəbələ 164
Ölkəmizdən gedən baş məşqçinin çin olmayan ARZUSU

“Qəbələ”nin yay transferlərindən biri də qapıçı Artur Motta oldu. Ümumiyyətlə, sabiq baş məşqçi Kaxaber Tsxadadze ötən mövsümdən israrla qapıçı axtarışları edir. "Neftçi"dən Rza Cəfərovun icarəyə götürülməsi də bunu göstərir.

Gürcüstanlı mütəxəssis sanki Səlahət Ağayevi ehtiyata göndərməkdə qərarlı idi. Amma təcrübəli Ağayev ötən mövsüm yerini Cəfərova vermədi.

Səhvsiz oyunu ilə.

İndi də Motta...

Əcnəbi qapıçı transfer edilirsə, ilk növbədə onun əsas heyət üçün nəzərdə tutulduğu sirr deyil.

Əks halda, “Qəbələ”nin öz yetirməsi olan gənc qapıçılar da var. Onlardan mövsüm ərzində ehtiyat qapıçı kimi istifadə etmək mümkün idi.

Premyer Liqada artıq 4 tur geridə qalıb və portuqaliyalı futbolçu hələ də start heyətində yer almayıb, debüt etməyib.

Bu isə təsadüfi deyil. “Qəbələ” ilk üç turda uğursuz çıxış etsə də, Səlahət Ağayev komandanın ən yaxşı təsir bağışlayan futbolçularından biridir.

"İmişli" üzərində qələbənin memarı da Ağayev oldu. Penalti qaytardı, bir neçə seyvlə yadda qaldı.

Qısası, Kaxaber millimizin üzvünün ilk səhvinə bələd idi ki, ehtiyata göndərsin.

Qismət olmadı.

XANOĞLAN/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti