Mahir Emreli üçün Polşada bunu da etdilər! - VİDEO

21:00 Sportinfo TV 140
Mahir Emreli üçün Polşada bunu da etdilər! - VİDEO

Mahir Emrelinin Polşadakı ikinci dönəmi əla keçir.

Həm meydanda, həm də meydandan kənarda.

Düzdür, formasını geyindiyi "Rakov" liqada heç də uğurlu çıxış etmir. Komanda hazırda autsayderlərdən biridir.

Amma Emrelinin şəxsi performansına baxanda mənzərə tamamilə fərqlidir.

Mahir qollarını sıralayır, məhsuldar ötürmələri ilə yadda qalır, davamlı olaraq əsas heyətdə yer alır.

Bütün bunlar da təbii ki, Mahiri azarkeşlərin sevimlisinə çevirib.

Tərəfli-tərəfsiz, hər kəs Emrelinin oyununu bəyənir, ona xüsusi hörmət bəsləyir.

Bəzən rəqib azarkeşlər belə Mahirə yaxınlaşır, ondan avtoqraf istəyir, söhbət edir, xatirə şəkli çəkdirirlər.

Bunu həm məşqlərdə, həm də oyunlarda görmək mümkündür.

Polşada yaşayan həmyerlimiz Elnur bəyin sosial şəbəkə hesabında paylaşdığı videoda da bunun əyani şahidi olmaq olar.

Polşalı azarkeşlər – uşağından böyüyünə qədər Mahir Emreli ilə şəkil çəkdirmək, ondan avtoqraf almaq üçün növbəyə düzülübər.

Maraqlananlar aşağıdakı linkə daxil olaraq həmin görüntüləri izləyə bilərlər:

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti