Vaxtilə qaynayırdı, bu gün baxımsız vəziyyətdədir - Rayondan VİDEO

25 Sentyabr 01:00 Problem 415
Vaxtilə qaynayırdı, bu gün baxımsız vəziyyətdədir - Rayondan VİDEO

Bir vaxtlar minlərlə futbol azarkeşini tribunalarına toplayan Sabirabad şəhər stadionu bu gün baxımsız vəziyyətdədir.

Sportinfo.az cenublu.az-a istinadən xəbər verir ki, vaxtilə rayonun “İnşaatçı” komandası məhz bu stadionda respublika çempionatında yüksək nəticələr uğrunda mübarizə aparıb.

Sabirabad futbolunun tarixində özünəməxsus iz qoyan arenanın hazırkı vəziyyəti isə veteran futbolçuları və gənc nəslin nümayəndələrini narahat edir.

Veteran futbolçuların sözlərinə görə, rayonda futbolun inkişafından danışılırsa, ilk növbədə gənclərin məşq edə biləcəyi normal və təhlükəsiz infrastruktur yaradılmalıdır.

Stadiondan istifadə edən gənc futbolçular da meydançanın vəziyyətindən narazıdırlar. Onlar bildirirlər ki, yeni futbolçular yetişdirmək üçün yalnız komandanın yaradılması kifayət etmir.

Bunun üçün ilk növbədə sağlam və təhlükəsiz məşq şəraiti olmalıdır. Vaxtilə “İnşaatçı”nın uğurları ilə yadda qalan Sabirabad futbolu bu gün yeni istedadların yolunu gözləyir.

İndi əsas sual isə budur: illərin futbol tarixini yaşadan bu stadion yenidən azarkeş səslərinə və futbol həyəcanına qovuşacaqmı?

Digər Xəbərlər
Xəbər Lenti
12 Oktyabr 18:10 Çək və bizə göndər!
12 Oktyabr 15:40 "Milan"ın 1 xalı - VİDEO
12 Oktyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM