DİN Formula 1-lə bağlı belə bir müraciət yaydı - VİDEO+FOTOLAR

25 Sentyabr 04:40 Gündəm 509
DİN Formula 1-lə bağlı belə bir müraciət yaydı - VİDEO+FOTOLAR

2026-cı il sentyabrın 23-dən 26-dək Bakı şəhərində keçiriləcək “Formula-1 Qatar Airways Azərbaycan Qran Pri” yarışı ilə əlaqədar məhdudiyyət tətbiq olunduğu müddət ərzində paytaxt ərazisində sürücü və piyadaların mənzil başına təhlükəsiz çatmalarını, nəqliyyatın hərəkətinin fasiləsizliyini, eləcə də yarışın keçirildiyi ərazidə, “Fan” zonalarda təhlükəsizliyi təmin etmək məqsədilə polis əməkdaşları gücləndirilmiş rejimdə xidmətlərini davam etdirirlər.

Sportinfo.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətinin yaydığı müraciətdə qeyd edilib.

Bildirilib ki, sürücülərdən və paytaxt sakinlərindən qeyd edilən müddət ərzində ictimai nəqliyyata üstünlük vermələri, polis əməkdaşlarının nizamlayıcı qismində verdikləri işarələrə düzgün əməl etmələri, səyahətlərini məhdudiyyət tətbiq edilmiş küçə və prospektlərə alternativ yollardan keçməklə planlaşdırmaları tövsiyə olunur.





Digər Xəbərlər
Xəbər Lenti
9 Noyabr 18:10 Çək və bizə göndər!
9 Noyabr 07:20 Günün FOTOsu!