Azərbaycanla Tacikistan arasındakı yoxlama matçında rəqibin heyətində iki tanış sima yer almışdı.
Əsas heyətdə yer alan Oleq Baklov hazırda Premyer Liqa təmsilçisi “Turan Tovuz”da top qovur.
Digər isim isə ilyarım əvvəl ölkəmizdə legioner həyatı yaşamış Şervoni Mabatşoyev idi.
25 yaşlı cinah oyunçusu 2024/25 mövsümünün ikinci yarısında qısa müddətdə “Kəpəz”in uğurları üçün tər tökəndən sonra vətninə qayıtmışdı.
Tacikistan yığmasının heyətində ən fəallardan olan Şervoni Sportinfo.az-a verdiyi açıqlamada ölkəmizdəki günləri xatırlamaqla yanaşı, millimizin 1:0 hesabı ilə başa çatan görüşlə bağlı fikirlərini bildirib:
“Yenidən burada olmaq xoşdur. Azərbaycan mənim üçün doğma ölkədir və buranı hər zaman xatırlayıram. “Kəpəz”ə də uğurlar arzu edirəm.
Oyuna gəlincə, fikrimcə, bərabər səviyyəli iki komanda qarşılaşırdı. Hansısa tərəfin üstün olduğunu deməzdim.
Hər iki komandanın qol imkanları oldu. Sadəcə, rəqib cərimə zərbəsindən fərqlənməyi bacardı.
Biz isə fürsətlərdən yararlana bilmədik. Maraqlı duel alındığını düşünürəm”.
Maraq üçün bildirək ki, yığmamız Millətlər Liqası çərçivəsində ilk oyununu sentyabrın 27-də səfərdə Litva seçməsinə qarşı keçirəcək.
HƏBİB
