“Kəpəz”in oğlanları özündən 3 yaş böyük milli qızlara qalib gəldi - FOTOLAR

25 Sentyabr 03:40 Qadın futbolu 495
“Kəpəz”in oğlanları özündən 3 yaş böyük milli qızlara qalib gəldi - FOTOLAR

“Kəpəz”in 14 yaşadək futbolçulardan ibarət komandası Azərbaycanın U-17 qızlar yığması ilə yoxlama matçı keçirib.

Sportinfo.az xəbər verir ki, Gəncə Şəhər Stadionunun ehtiyat meydançasında keçirilən görüşdə komandalar 40 dəqiqədən ibarət iki hissədə mübarizə aparıblar.

Qarşılaşma “Kəpəz” U-14-ün 3:0 hesablı qələbəsi ilə başa çatıb. Hesabı Rizvan Səmədli açıb. Fasilədən sonra Həsən Həsənli və Əziz Quliyev fərqləniblər.

Yoxlama matçı U-17 qızlar yığmasının “Kəpəz” PFK-nın məşq mərkəzində keçirdiyi hazırlıq prosesi çərçivəsində təşkil olunub.

Yığma sabah Gəncədəki təlim-məşq toplanışını başa vuraraq Avropa çempionatının seçmə mərhələsində iştirak etmək üçün Albaniyaya yollanacaq.

Digər Xəbərlər
Xəbər Lenti
8 Noyabr 20:00 Çək və bizə göndər!