İngiltərə millisinin sabiq futbolçusu Qari Lineker FİFA prezidenti Canni İnfantinonun dördüncü dəfə namizədliyini irəli sürməsini tənqid edib.
Sportinfo.az “Match of the Day”-ə istinadən xəbər verir ki, o, FİFA prezidentlərinin uzun müddət dəyişmədən vəzifədə qalmamalı olduğunu bildirib:
“FİFA-ya kiminsə dəyişmədən rəhbərlik etməsi absurddur. Hakimiyyətin dəyişməsi və rotasiya olmalıdır. Bir müddət – məsələn, bir və ya iki dünya çempionatı qədər rəhbərlik etmək kifayətdir”.
Sabiq futbolçu FİFA-da prezidentin səlahiyyətlərinin məhdudlaşdırılmasını və rəhbərliyin müxtəlif ölkələrdən olan şəxslər arasında rotasiya edilməsini təklif edib.
İnfantino FİFA prezidentliyinə dördüncü dəfə namizədliyini açıqlayıb. Seçkilər martda keçiriləcək və hazırda isveçrəli funksioner yeganə namizəddir.
