“Sport Xəbər”də GÜNDƏM: Bu gün “Neftçi”ni narahat edən: Yeni transfer var? - VİDEO

“Sport Xəbər”də GÜNDƏM: Bu gün “Neftçi”ni narahat edən: Yeni transfer var? - VİDEO

“Sportinfo TV“də yayımlanan “Sport Xəbər“ növbəti dəfə izləyicilərin görüşünə gəlib.

Aytən Mustafayevanın təqdimatında bir neçə məlumat diqqətə çatdırılıb.

Bildirilib ki, “Neftçi” Albert Ajua Qomezi “Başakşehir”dən heyətinə cəlb edib. Azərbaycan klubu 2006-cı il təvəllüdlü müdafiəçini satınalma şərti ilə icarəyə götürüb.

Bakılılar gələn ilin yayınadək ona cüzi əməkhaqqı ödəyəcək. Aylıq qazancı 1000 dollar civarında olacaq.

O, bu müddətdə əvəzedici komandanın formasını geyinəcək. Barəsində müsbət rəy verilsə, “Başakşehir”dən transfer hüququ birdəfəlik alınacaq.

Xəbər verilib ki, “İmişli”nin məşqçilər korpusunda dəyişiklik olub. Zamir Həsənovun bölgə klubundan ayrılıb.

Bu ilin iyulunda işə başlayan Həsənovun gedişinin səbəblərindən biri baş məşqçi Fərid Namazovla müəyyən məsələlərdə fikir ayrılığının yaranmasıdır.

O cümlədən, klubun transfer siyasəti və heyətin formalaşdırılması ilə bağlı narazılıqlar vəziyyəti sonda bu həddə gətirib çıxarıb.

«Neftçi»nin baş məşqçisi Yuri Vernidub komandadaxili iclas keçirib. Toplantı Premyer Liqanın ilk 6 turuna həsr olunub.

Ukraynalı mütəxəssis çempionatın geridə qalan hissəsində 5 qələbənin qazanılmasını müsbət qiymətləndirib.

60 yaşlı çalışdırıcı 15 xalla turnir cədvəlinə başçılıq edən kollektivdən gözləntilərin böyük olduğunu bildirib.

Qeyd edib ki, hazırkı vəziyyəti onları qətiyyən arxayınlaşdırmamalıdır.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”