”Bu oyunçu “Qarabağ”ın səviyyəsində görünmür” - Tanınmış menecer

14:40 Qarabağ 214
”Bu oyunçu “Qarabağ”ın səviyyəsində görünmür” - Tanınmış menecer

“Qarabağ”ın yeni transferləri, adətən, öz real effektivliyini ən azı altı aydan sonra göstərir“.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Asadov Pro Bridge”in rəhbəri Emil Əsədov deyib.

FİFA lisenziyalı tanınmış menecer bildirib ki, Ağdam klubunun yeni transferlərinə zaman lazımdır:

“Futbolçuların Qurban Qurbanovun mürəkkəb və detallı oyun sisteminə uyğunlaşması müəyyən vaxt tələb edir. Buna görə də bu yay alınan oyunçular haqqında indidən yekun qərar vermək düzgün olmaz.

Lakin bir ehtiyac indidən aydın görünür: komandaya topla keyfiyyətli şəkildə irəli çıxa bilən mərkəz müdafiəçisi lazımdır. Yeni transfer edilən mərkəz müdafiəçisi ümumilikdə yaxşı və kifayət qədər təcrübəli futbolçudur.

Ancaq onun topa nəzarət, ilk ötürmə və təzyiq altında hücumun başlanğıcını qurmaq keyfiyyətləri“Qarabağ”ın tələb etdiyi səviyyədə görünmür.

“Qarabağ” kimi oyunu arxadan qurmağa çalışan komandada mərkəz müdafiəçisi yalnız müdafiə epizodlarında güclü olmamalıdır. O, rəqibin ilk pressinq xəttini ötürmə və ya topla irəliləmə vasitəsilə keçməyi də bacarmalıdır.

Eyni zamanda, sağ cinaha edilən transferin də hazırkı “Qarabağ” səviyyəsindən aşağı olduğunu düşünürəm.

Bununla belə, klubun əvvəlki transfer təcrübəsini nəzərə alsaq, yeni futbolçulara uyğunlaşmaq və özlərini göstərmək üçün vaxt vermək lazımdır“.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...