Kəmaləddin Heydərov "Qəbələ"yə daha çox maliyyə ayırmağa razılaşdı

28 Sentyabr 2021 10:40 Qəbələ 1 618
Kəmaləddin Heydərov "Qəbələ"yə daha çox maliyyə ayırmağa razılaşdı

«Qəbələ»nin yeni mövsümə uğurlu start götürməsi, deyəsən, klubun baş sponsorunu insafa gətirib.

AFFA-ya yaxın mənbədən gələn məlumata görə, federasiya rəhbərliyi «Gilan Holdinq»lə yaxınlarda danışıqlara başlayıb və artıq müəyyən nöqtəyə gəlib çatmaq mümkün olub.

Fövqəladə hallar naziri Kəmaələddin Heydərovun ailə biznesinə daxil holdinq himayədarı olduğu əyalət təmsilçisinə ayırdığı vəsaitin ümumi məbləğini 1,5 milyon manatadək artırmağa razılaşıb.

«Qəbələ» 2 mövsümdür AFFA-dan maliyyə dəstəyi alır. Qurum ötən sezon «qırmızı-qaralar»a 1,5 milyon ödəyib. Cari «futbol ili»ndə isə bu rəqəm bir qədər də artırılıb.

Belə ki, federasiya onlara daha 500 min AZN verib. Yarım milyon manat sırf əvəzedici komandanını və akademiyanın saxlanılmasına xərclənməsi üçün nəzərdə tutulub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti