"Mən bu sevginin qarşılığını vermək istəyirəm" - "Barselona"dan "Beşiktaş"a gələn ulduz

14 Sentyabr 2021 00:28 Türkiyə 560
"Mən bu sevginin qarşılığını vermək istəyirəm" -

"Barselona"dan "Beşiktaş"a icarə əsasında keçən Miralem Pyaniç debüt matçını keçirib.

Sportinfo.az xəbər verir ki, bosniyalı yarımmüdafiəçi Super Liqanın 4-cü turunda "Yeni Malatyaspor"a 3:0 hesabı ilə qalib gəldikləri matçdan sonra açıqlama verib:

"Çox sevinirəm, çox həyəcanlıyam. Komanda yoldaşlarım və baş məşqçimizin verdiyi dəstəkdən sonra özümü möhtəşəm hiss edirəm.

Türkiyədə, İstanbulda və bu möhtəşəm azarkeşlərlə birgə olmaq çox möhtəşəmdir. Bu mövsüm çox uğurlu olacağıq.

Meydana daxil olandan bir müddət sonra dayandım və azarkeşləri izləməyə başladım. Mənə böyük sevgi göstərirlər. Mən də bu sevginin qarşılığını vermək istəyirəm".

Digər Xəbərlər
Xəbər Lenti