“Bilirəm, bizə hirslidirlər, onların narahatlığını və etirazını başa düşürəm”

8 Sentyabr 23:40 Qəbələ 124
“Bilirəm, bizə hirslidirlər, onların narahatlığını və etirazını başa düşürəm”

“Onların narahatlığını və etirazını başa düşürəm”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında ”Qəbələ”nin müdafiəçisi İsaak Amoah deyib.

Qanadan olan legioner ”narazı azarkeşlər “Qəbələ”dən nə gözləsin” sualına cavabında aşağıdakıları söyləyib:

”Hər bir azarkeş qələbə istəyir. Bu, normaldır.

Təbii ki, ardıcıl iki oyunda uduzmaq biz futbolçulara da pis təsir edir. Çünki heç bir idmançı uduzmaq istəmir.

İndiki vəziyyətdə azarkeşlərin dəstəyinə ehtiyacımız var. Birlik nümayiş etdirməklə uğurlu nəticələr qazana bilərik.

Bilirəm, ötən mövsümdən bizə hirslidirlər. İndi də uğursuz başlamağımız pis təsir edir.

Azarkeşlərin yanımızda olması, bizə dəstək göstərməsi yeni futbolçuların uyğunlaşmasına və komanda oyununun yaxşılaşmasına kömək edə bilər”.

Digər Xəbərlər
Xəbər Lenti
8 Sentyabr 18:10 Çək və bizə göndər!
8 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM