Azərbaycanda iddialı klubun yeni patronu kim olacaq?

14:40 Turan 196
Azərbaycanda iddialı klubun yeni patronu kim olacaq?

Oktyabrda «Turan Tovuz»un İdarə Heyətinin yığıncağı keçiriləcək. Toplantının ayın 4-də, «Fənərbağxa» ilə yoldaşlıq matçının ertəsi günü təşkil olunması nəzərdə tutulub. Aldığımız məlumata görə, burada yalnız bir məsələ müzakirəyə çıxarılacaq. 2023-cü ilin martından bəri kluba rəhbərlik edən Ehtiram Quliyevin sədrlikdən getmək fikri var, özü də qəti şəkildə. Tanınmış iş adamı bu niyyətini artıq lazımı şəxslərin diqqətinə çatdırıb və razılıq alıb. «Turan Tovuz»un maliyyələşməsində iştirak edən çevrələrlə məsləhətləşən Quliyev bundan sonra tamamilə kənara çəkilməyəcək. O, İdarə Heyətinin üzvü kimi qalacaq. Yeni sədrin kimliyinə gəlincə, hazırda ən real namizəd Həsən Zeynalovdur. İyulda İdarə Heyətinin sədrinin müavini vəzifəsinə təyinat almış H.Zeynalov bu missiyanı öz üzərinə götürməyə hazırdır. Lakin ola bilər ki, son anda başqa bir namizəd ortaya çıxsın. Olsa, o da kənardan biri olmayacaq. «Turan»ın maliyyələşməsində kömək əlini uzatmış fiqurlardan, ya da ona bağlı adamlardan biri olacaq.
Ehtiram Quliyev mövcud vəziyyətlə bağlı bugünlərdə “qafqazinfo”ya açıqlama verib. O bildirib ki, hazırda klub daxilində mətbuatda qeyd edildiyi kimi narahatlıq yoxdur: “Turan” vahid sistemdən idarə olunur. Əsas məqsədimiz Azərbaycan futbolunun, xüsusilə “Turan”ın inkişafıdır. Bunun üçün bütün çalışmalarımız davam edir.
Hazırda bütün gücümüzü “Turan Tovuz” - “Fənərbaxça” oyununa yönəltmişik. Təbii ki, bizim də klub olaraq bəzi narahatlığımız var.
Bunu lazım gəldikcə ictimaiyyətə də bildirmişik və bildirməyə də davam ediləcək.
Oktyabr ayında klubun idarə heyətinin toplanması nəzərdə tutulub. Orada müzakirə ediləcək məsələlərlə bağlı AFFA-nın da mövqeyi öyrəniləcək.
Toplantıda klubun və idarə heyəti sədrinin gələcək taleyinə aydınlıq gələcək. Bundan sonra veriləcək qərar ictimaiyyətə elan ediləcək”.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti