Azərbaycan klubları Çempionlar Liqasında - 1 qələbə, 1 heç-heçə, 1 yenilgi

Azərbaycan klubları Çempionlar Liqasında - 1 qələbə, 1 heç-heçə, 1 yenilgi

"Zirə" və "Birbaşa Bakı" minifutbol üzrə Çempionlar Liqasının qrup mərhələsində bu gün ilk, "Aznur" isə ikinci matçını keçirib.

Sportinfo.az xəbər verir ki, E qrupunda yer alan "Birbaşa Bakı" "Ardeleni" (İngiltərə) komandasını 3:2 hesabı ilə məğlub edib.

"Zirə" G qrupundakı ilk görüşündə Bosniya və Herseqovina təmsilçisi "Krayina" ilə heç-heçə edib - 1:1.

F qrupunda mübarizə aparan "Aznur" isə ilk görüşdə Polşa təmsilçisi "Sokil"ə 0:2, ikinci qarşılaşmasında isə İngiltərənin "Bukovina Badeuti" kollektivinə 2:3 hesabı ilə yenilib.

Digər Xəbərlər
Xəbər Lenti
23 Sentyabr 17:30 Çək və bizə göndər!