“Neftçi” Albert Ajua Qomezi “Başakşehir”dən heyətinə cəlb edib.
Azərbaycan klubu 2006-cı il təvəllüdlü müdafiəçini satınalma şərti ilə icarəyə götürüb.
1,89 metr boya malik gənc Qambiya vətəndaşıdır. Müdafiənin mərkəzində çıxış edən afrikalı sol cinahda da oynaya bilir.
Qomez 2025-ci ilin yayında “Falcons FC”dən “Başakşehir”in U-19 komandasına keçib. O, qısa müddət ərzində Gürcüstanda - “Dinamo II”də icarə əsasında çıxış edib.
2026/2027-ci il mövsümündə Türkiyə Super Liqasında meydana çıxmayıb. Karyerası ərzində 16 oyunda iştirak edən Qomez ümumilikdə 1440 dəqiqə meydanda olub və 1 sarı vərəqə alıb.
Bakılılar gələn ilin yayınadək ona cüzi əməkhaqqı ödəyəcək. Aylıq qazancı 1000 dollar civarında olacaq.
O, bu müddətdə əvəzedici komandanın formasını geyinəcək. Barəsində müsbət rəy verilsə, “Başakşehir”dən transfer hüququ birdəfəlik alınacaq.
Təzminatın məbləği də aşağıdır – təqribən 15-20 min dollar kimi bir şey.
SPORTİNFO.AZ
