“İnter Mayami”nin hücumçusu Lionel Messi klubla yeni müqavilə ilə bağlı danışıqlar aparmır.
Sportinfo.az xəbər verir ki, bu barədə “The Touchline” məlumat yayıb.
Hazırda tərəflər argentinalı futbolçunun gələcəyi ilə bağlı müzakirələr aparmırlar. Messinin “İnter Mayami” ilə müqaviləsinin müddəti 2028-ci ilin sonuna qədərdir.
Razılaşmada dəyişiklik edilə bilər, ancaq hazırda buna ehtiyac görülmür.
39 yaşlı futbolçu 2023-cü ilin yayından Florida təmsilçisinin formasını geyinir. O, cari mövsümdə “İnter Mayami”nin heyətində 28 oyuna çıxıb, 24 qol vurub və 14 məhsuldar ötürmə verib.
Oktyabrın 6-da Messinin Argentina millisində vida matçına çıxacağı gözlənilir.
