Komandanın sükanı arxasına keçdi, formal baş məşqçini köməkçi götürdü

11:40 Araz-Naxçıvan 887
Komandanın sükanı arxasına keçdi, formal baş məşqçini köməkçi götürdü

Dünən «Araz-Naxçıvan»ın sükanı arxasına keçən Yuri Maksimov məşqçi korpusunu formalaşdırmağa başlayıb.

Ukraynalı mütəxəssis 3 gün öncə klubdan uzaqlaşdırılan Zaur İsmayılovu düşərgəyə qaytarıb.

O, Cavid Hüseynovun faktiki baş məşqçi olduğu 4 ay ərzində kağız üzərində bu səlahiyyəti daşımış İsmayılovu özünə köməkçi götürüb.

«Ağ-qırmızılar»la 8 aylıq müqavilə imzalayan çalışdırıcı Hüseynovun özüylə bura gətirdiyi yardımçılardan birinin də xidmətinə ehtiyac duyub. İyuldan bəri qapıçılarla çalışan Şahin Məmmədov öz fəaliyyətini davam etdirəcək.

58 yaşlı sükançı müxtəlif illərdə “Vorskla”, “Dnepr-1”, “Polose”, “Taraz”, “Mordoviya”, “Metallurq”, “Krivbass”, “Obolon” və SSKA-da (Kiyev) çalışıb.

2017-ci ilin dekabrından 2018-ci ilin iyuluna qədər “Keşlə”ni (indiki “Şamaxı”) çalışdırıb, Azərbaycan kubokunu qazanıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 Sentyabr 17:30 Çək və bizə göndər!