"Kəpəz"dən iki nəfər dəvət aldı - Moldova və Yaponiyaya qarşı

11:00 Kəpəz 99
"Kəpəz"dən iki nəfər dəvət aldı - Moldova və Yaponiyaya qarşı

"Kəpəz"in iki futbolçusu – Raul İsaqov və Şahnur İsmayılov Azərbaycanın 20 yaşadək futbolçulardan ibarət milli komandasına (U-20) dəvət olunub.

Sportinfo.az xəbər verir ki, bu barədə Gəncə təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.

Hər iki oyunçu sentyabrın 24-dən oktyabrın 6-dək Qəbələdə təşkil olunacaq təlim-məşq toplanışında iştirak edəcək.

Millimizin heyətində onlar oktyabrın 3-də Moldova, oktyabrın 6-da isə Yaponiyanın müvafiq yaş qrupundan ibarət komandaları ilə yoxlama oyunlarında meydana çıxacaqlar.

17 yaşlı yarımmüdafiəçi Raul İsaqov U-20 millisinin sentyabrın 14–21-də keçirilən bundan əvvəlki toplanışında da yer alıb və "Qəbələ"yə qarşı keçirilən yoxlama matçında (1:1) forma geyinib.

Digər Xəbərlər
Xəbər Lenti
23 Sentyabr 17:30 Çək və bizə göndər!