“Kimsə Azərbaycan çempionatının zəif olduğunu desə, ona gülərəm"

28 May 2020 23:00 Qəbələ 921
“Kimsə Azərbaycan çempionatının zəif olduğunu desə, ona gülərəm"

"Qəbələ"nin sabiq qapıçısı David Petrzkeviç ölkəsi Polşa mətbuatına maraqlı müsahibə verib.

Sportinfo.az xəbər verir ki, ölkəsində "Stal"ın formasını geyinən 32 yaşlı qolkiper əlifba sıralamasına əsasən sözlər seçib və fikrini əsaslandırıb.

Petrzkeviç bəzi hərflərə uyğun sözlər seçərkən Azərbaycanda keçirdiyi dönəmi xatırlayıb. Onun ölkəmizlə bağlı fikirləri aşağıdakı hərflərdə yer alıb.

David Petrzkeviç 2013/14 və 2015/17-ci illərdə ölkəmizdə "Qəbələ"nin formasını geyinib. Polşalı 2012/13 mövsümünü isə "Simurq"da keçirib.

A - Toni Adams: "Arsenal"ın əfsanəsi "Qəbələ"də olarkən ingilis adət-ənənələrini tanıtdı. Onun təşəbbüsü ilə klubun bazasına sərmayə qoyuldu. Bu gün "Qəbələ"də öyünəcək bir şey var.

B - Dmitri Bezotosnı: Azərbaycanda belə oyunçular çox idi. Əgər kimsə Azərbaycan çempionatının zəif olduğunu desə, ona gülərəm.

E - Eder: "Qəbələ" Avropa Liqasında "Lill" klubu ilə qarşılaşırdı. Rəqibin heyətində AVRO-2016-nın final matçında Portuqaliyaya qələbə qazandıran qolun müəllifi Eder çıxış edirdi. Həmin vaxt ehtiyatda idim və biz 1:0 hesabı ilə qalib gəldik. "Lill"in qapısını isə əfsanəvi nigeriyalı Vinsent Enyeama qoruyurdu.

H - Aleksey Qay: Ukraynanın tanınmış futbolçusu "Qəbələ"də bir müddət çıxış etdi. Onunla yaxşı münasibət yarandı.

İ - Marat İzmaylov: Rusiya futbolunun ulduzu "Qəbələ"də icarə əsasında çıxış etdi və özünü yaxşı tərəfdən göstərdi. Komanda yoldaşları onu çox bəyənirdi.

W - Roman Vaydenfeller: Dortmund "Borussiya"sına "Siqnal İduna Park"da 0:4 hesabı ilə uduzduq. Oyundan sonra formaları dəyişdirərkən oyunçularla söhbətləşdik. Mats Hummels yaxınlaşaraq, polyak dilində "necəsən?" dedi. Oradakı polşalılardan öyrənmişdi. Lukaş Pişeklə bir az söhbət etdim. Obameyanqın həmin oyundakı çıxışını unutmayacağam. Onun iki dəfə zərbəsini dəf etsəm də, qol vurmağı bacardı. Rəqibin heyətində isə Roman Vaydenfeller kimi qapıçı dayanmışdı.

Z - Sergey Zenyov: Estoniyalı "Qəbələ"də komanda yoldaşım idi.

Digər Xəbərlər
Xəbər Lenti