Təyinatından 3 ay sonra baş məşqçi postundan istefa verdi - “Fənərbaxça”

11 Sentyabr 02:20 Türkiyə 511
Təyinatından 3 ay sonra baş məşqçi postundan istefa verdi - “Fənərbaxça”

“Fənərbaxça”nın baş məşqçisi İsmayıl Kartal vəzifəsindən istefa verdiyini açıqlayıb.

Sportinfo.az Türkiyə mediasına istinadən xəbər verir ki, o, qərarını Çempionlar Liqasının Liqa mərhələsinin 1-ci turunda “Roma” ilə 1:1 hesablı heç-heçədən sonra açıqlayıb.

“Vəzifəmdən istefa verirəm. Hələ yolun əvvəlindəykən bu qərarı verirəm. Bir daha heç vaxt geri qayıtmamaq şərti ilə istefa verirəm.

3 aydır buradayam. Mövsümün əvvəlindən bu günə qədər futbolçularımla keçirdiyimiz məşqlər, təlim-məşq toplanışları…

Prezidentimiz və rəhbərlərimiz hər məsələdə bizə kömək etməyə çalışdılar. Çox gözəl günlər idi. Bu axşam etibarilə vəzifəmdən ayrılıram”.

Digər Xəbərlər
Xəbər Lenti