Ağayeva dünya reytinqində 8-ci pilləyə qalxdı

10 Sentyabr 08:10 Digər növlər 386
Ağayeva dünya reytinqində 8-ci pilləyə qalxdı

Cənubi Koreyanın paytaxtı Seulda keçirilmiş dünya çempionatında BC2 kateqoriyasında bürünc medal qazanmış Azərbaycan bocciaçısı Sona Ağayeva reytinq cədvəlində 8-ci pilləyə yüksəlib.

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

O, sözügedən turnirdə 48 xal qazanıb. İdmançı bununla da xallarının sayını 74-ə çatdıraraq 7 pillə irəliləyib.

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib