“Adekvat təklif göndərdik, cavab almadıq, hücumçunu satmaq istəmirdilər”

23:20 İspaniya 53
“Adekvat təklif göndərdik, cavab almadıq, hücumçunu satmaq istəmirdilər”

“Barselona”nın idman direktoru Deku, “Atletiko”nun hücumçusu Xulian Alvaresin Kataloniya klubuna transferinin baş tutmaması barədə danışıb.

Sportinfo.az xəbər verir ki, portuqaliyalı funksioner bu barədə “El Mon a RAC1” proqramında açıqlama verib:

“Biz “Atletiko”ya adekvat təklif göndərdik, ancaq cavab almadıq. Onlar futbolçunu satmaq istəmirdilər. Eyni şeydə israr etməyə davam edə bilməzdik.

“Barselona” Alvaresə “Atletiko”dan ayrılmaq istədiyini ictimai şəkildə açıqlaması üçün təzyiq göstərməyib. Bu, onun öz qərarı idi”.

26 yaşlı futbolçu cari mövsümdə bütün turnirlər nəzərə alınmaqla 3 oyunda iştirak edib və 1 məhsuldar ötürmə verib.

Argentinalı forvardın “Atletiko” ilə müqaviləsinin müddəti 2030-cu ilin yayına qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
9 Sentyabr 23:40 Yeganə qol - VİDEO