“Sabah"ın icarəyə götürdüyü hücumçu: “Həmin anı səbirsizliklə gözləyirəm"

10 Sentyabr 11:20 Sabah 997
“Sabah"ın icarəyə götürdüyü hücumçu: “Həmin anı səbirsizliklə gözləyirəm"

"Sabah"ın heyətinə yeni qatdığı Karlos Eduardo klubun mətbuat xidmətinə açıqlama verib.

Sportinfo.az xəbər verir ki, braziliyalı forvard Azərbaycan çempionunun heyətində ilk oyuna çıxacağı anı səbirsizliklə gözlədiyini bildirib:

"Salam "Sabah" azarkeşləri! Artıq mən də bu ailənin bir parçasıyam. Burada olduğum üçün çox xoşbəxtəm. Bu forma ilə ilk oyunuma çıxacağım anı səbirsizliklə gözləyirəm".

"Sabah" Eduardonu Portuqaliyanın "Jil Visente" klubundan icarəyə götürüb.

O, karyerası ərzində Braziliyanın “Bruske” (2020), Portuqaliyanın “Nasional” (U-19, 2020–2021), “Maritimu”nun B və əsas komandalarında (2021–2024), həmçinin “Felqeyraş”da (2024–2025) çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 18:10 Çək və bizə göndər!
7 Noyabr 17:40 Biri belə, biri elə