Sentyabrın 21-25-i aralığında İmtahan keçiriləcək

10 Sentyabr 08:00 Cüdo 509
Sentyabrın 21-25-i aralığında İmtahan keçiriləcək

Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə I dan dərəcəsi üzrə seminar və imtahan keçiriləcək.

Sportinfo.az xəbər verir ki, bu barədə ACF-dən məlumat verilib.

Tədbir sentyabrın 21-25-i aralığında təşkil olunacaq. Seminar və imtahan cüdo məşqçiləri üçün açıqdır. Namizədlər 17 yaşdan yuxarı və qəhvəyi kəmərə sahib olmalıdır.

Bu seminar və imtahan Beynəlxalq Cüdo Federasiyasının Akademiyasında təhsil almaq, həmçinin məşqçi sertifikatlaşdırması üçün zəruridir. Əsas məqsəd dan sistemi üzrə məşqçilərin bacarıqlarını inkişaf etdirmək və qiymətləndirməkdir.

Digər Xəbərlər
Xəbər Lenti
4 Noyabr 18:10 Çək və bizə göndər!