Müdafiəçisini bu tezliklə buraxmaq istəmir - “Sabah”ın rəqibi

00:20 İngiltərə 25
Müdafiəçisini bu tezliklə buraxmaq istəmir - “Sabah”ın rəqibi

“Mançester Yunayted”in müdafiəçisi Lisandro Martines komandada daha bir neçə il qala bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə “Football Insider” məlumat yayıb.

“Qırmızı şeytanlar”ın rəhbərliyi 28 yaşlı futbolçunun müqaviləsindəki müddətin 1 il uzadılması bəndini aktivləşdirməyi planlaşdırır.

Martinesin hazırkı sözləşməsinin müddəti cari mövsümün sonunda başa çatacaq.

Bundan əlavə, argentinalı müdafiəçi formasını qoruyub yaxşı çıxışını davam etdirərsə, “Mançester Yunayted” ona yeni müqavilə təklif etməyə hazırdır.

Martines bu mövsüm İngiltərə Premyer Liqasında 2 matçda meydana çıxıb.

Onun komandası Çempionlar Liqasının əsas mərhələsinin ilk turunda bu gün Azərbaycan çempionu “Sabah”ı qəbul edəcək. Oyun saat 23:00-da start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti
10 Sentyabr 21:00 Mümkün deyil ki?
10 Sentyabr 17:10 Çək və bizə göndər!
10 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Sentyabr 07:50 Aslanla gücləndilər - 1 il
10 Sentyabr 02:40 Moldovadan 3 qol “yedik”
9 Sentyabr 23:40 Yeganə qol - VİDEO