Çempionlar Liqasındakı təmsilçimiz “Sabah” bu gün Liqa mərhələsində ilk oyuna çıxacaq.
Rəqib Avropa nəhənglərindən sayılan, İngiltərə futbolunda özünəməxsus çəkisi olan “Mançester Yunayted”dir.
Adı dillər əzbəri olan “qırmızı şeytanlar”ın yerli və xarici arenalardakı uğurlarını saymaqla bitməz – 20 qat İngiltərə çempionu, 13 dəfə ölkə kubokunun qalibi, 3 dəfə Çempionlar Liqasının, hərəsində bir dəfə olmaqla Avropa Liqasının, Kuboklar Kubokunun, Avropa Superkubokunun və Klublararası Dünya Kubokunun sahibi. Bir sözlə, qazanmadığı titul qalmayan əfsanəvi “Mançester Yunayted”.
“Sabah”ın “arzuların teatrı” ləqəbli “Old Trafford”da meydana çıxmasının özü belə Azərbaycan futbolu üçün unudulmaz hadisə, tarixinin parlaq hissəsidir. Hətta Mançesterdəki mümkün məğlubiyyət təmsilçimiz üçün bayram sayılmalıdır.
Çempionlar Liqasında “Old Trafford”a ayaq basmaq hər komandaya, hər məşqçi və futbolçuya nəsib olmur. Bunu Tanrının “Sabah”a bəxş etdiyi gözlənilməz hədiyyə də adlandırmaq olar.
MY uzun illərdir çempionluqdan uzaq düşsə də, avrokubokların mütəmadi iştirakçısıdır. 2024-25 mövsümündə Avropa Liqasının finalına qədər yüksəlib, həlledici qarşılaşmada “Tottenhem”ə məğlub olub, Ötən mövsüm Premyer Liqanı 3-cü pillədə başa vurub.
“Tottenhem”ə yenilgini çıxsaq, avrokuboklarda 15 oyunluq məğlubiyyətsiz seriya yaxalayıb. Sonuncu dəfə 2023-cü ilin payızında, Çempionlar Liqasında öz meydanında “Qalatasaray”a 2:3 hesablı məğlubiyyətdən sonra 15 matçda udumamışdı ki, uğurlu seriya 2025-in mayında “Tottenhem” tərəfindən qırılmışdı.
Sözsüz, İngiltərə nəhəngi doğma azarkeşlərinin qarşısında kifayət qədər inamlı təsir bağışlamaqla qələbələri sıralaması ilə yadda qalıb.
Təkcə bir faktı xatırlatmaq yerinə düşər. “Mançester Yunayted” son 4 ildə, 2022-nin yayından bu yana avrokubok matçları çərçivəsində “Old Trafford”da 16 qarşlaşmada meydana çıxıb.
Bunların 3-də məğlubiyyət acısı yaşayıb. “Real Sosyedad”la “Bavariya”ya 0:1, “Qalatasaray”a 2:3 hesabı ilə uduzub. 11 oyunda qələbə qazanıb, 2 halda bərabərə qalıb.
2023-cü ildə “Qalatasaray” dünyanı şoka salmağı bacarmışdı. Bu gün növbə “Sabah”ındır. Arzulamaq, döyüşmək və mümkün qədər az səhvə yol verməklə Mançesterdən Bakıya 1 xalla qayıtmaq olar.
Bu axşam keçiriləcək matç Bakı vaxtı ilə saat 23:00-d
HƏBİB / SPORTİNFO.AZ
