22 yaşlı gənc klubunu dəyişə bilər - 87 milyon avro versələr

11 Sentyabr 02:30 İngiltərə 497
22 yaşlı gənc klubunu dəyişə bilər - 87 milyon avro versələr

“Kristal Pelas”ın yarımmüdafiəçisi Adam Uorton “Nyukasl”ın diqqət mərkəzinə düşüb.

Sportinfo.az xəbər verir ki, bu barədə “Teamtalk” məlumat yayıb.

“Sağsağanlar” 22 yaşlı futbolçu uğrunda mübarizəyə qoşulub və 2027-ci ildə onun transferi üçün cəhd edə bilər.

Bildirilir ki, “Nyukasl” “Kristal Pelas”ın danışıqlara hazır olduğunu açıqlaması halında bu istiqamətdə aktivləşəcək. Transferin təxminən 87 milyon avroya başa gələcəyi gözlənilir.

Daha əvvəl “Çelsi”, “Mançester Siti”, “Mançester Yunayted”, “Atletiko” və digər klubların da Uortona maraq göstərdiyi barədə məlumat yayılıb.

İngiltərəli futbolçu bu mövsüm bütün turnirlərdə 4 oyunda meydana çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti
17 Oktyabr 16:30 Çək və bizə göndər!
17 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Oktyabr 04:00 Onun bacısı deyir ki…