"Qəbələ"nin baş məşqçi seçimi... Əcnəbi, yoxsa yerli?

22:40 Qəbələ 132
"Qəbələ"nin baş məşqçi seçimi... Əcnəbi, yoxsa yerli?

Kaxaber Tsxadadzeni göndərən "Qəbələ"də baş məşqçi postu hələ də boş qalır. Amma namizədlər siyahısı kifayət qədər genişdir.

Elmar Baxşıyevlə başlayan siyahıda Samir Abbasovun, Sənan Qurbanovun adları daha çox hallanır.

Amma təəssüf ki, "Qəbələ"də yerli mütəxəssislə yola davam etməklə bağlı hələ də birmənalı fikir yoxdur. Klub rəsmiləri arasında yenidən əcnəbi baş məşqçi gətirilməsinin tərəfdarı olanlar var.

Məncə, bu, yanlış düşüncədir.

Əgər "Qəbələ"nin hazırkı hədəfi Premyer Liqada qalmaqdırsa...

Sabiq baş məşqçi Kaxaber Tsxadadze də dəfələrlə əsas məqsədlərinin liqada qalmaq olduğunu açıq bildirib

Düşünürəm ki, mövcud infrastruktur, büdcə və heyətlə adını çəkdiyim yerli mütəxəssislərdən istənilən biri bu komandanı qarşıya qoyulan hədəfə çatdıra bilər.

Hətta əminliklə deyirəm: "Qəbələ" düzgün seçim etsə, bəlkə də sürpriz edərək avrokuboklar uğrunda mübarizə apara, ən pis halda turnir cədvəlinin orta pillələrinə yüksələ bilər.

Ona görə də belə bir məqamda dağa-daşa düşüb növbəti əcnəbi baş məşqçini gətirməyə ehtiyac yoxdur.

Bir halda ki, evin içində səni istəyinə çatdıracaq potensialda bir yox, bir neçə yerli mütəxəssis var.

Onla üz çevirmək olmaz.

XANOĞLAN/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti