Azərbaycan klubu portuqaliyalı baş məşqçi ilə danışıqlara start verdi - SON DƏQİQƏ

3 Sentyabr 13:00 Qəbələ 3 976
Azərbaycan klubu portuqaliyalı baş məşqçi ilə danışıqlara start verdi - SON DƏQİQƏ

«Qəbələ» yeni baş məşqçisinin kimliyini yaxın günlərdə açıqlayacaq.

Bir neçə gün öncə Kaxaber Sxadadzeni yola salan «qırmızı-qaralar» seçim qarşısında qalıb.

Rəhbərliyin mövqeyi haçalanıb - prezident Fariz Nəcəfov komandanı yerli mütəxəssislərdən birinə tapşırmaq niyyətindədirsə, digər rəsmilərin fikri onunla üst-üstə düşmür.

Onlar Elmar Baxşıyev və Tərlan Əhmədov kimi çalışdırıcıların faydalı ola biləcəyinə inanmır. Çıxış yolunu əcnəbidə görürlər.

Hətta bildiyimizə görə, portuqaliyalı məşqçi ilə ilkin təmas qurulub. Onunla hədəflər və müqavilə şərtləri müzakirə edilib.

Razılıq belə var. Sadəcə, Nəcəfov bundan xəbərdardır, ya xəbərsizdir, bilmirik. Amma bu qeyri-müəyyənliyin gözləniləndən uzun çəkəcəyinə inanmırıq.

Hər halda mövsüm tədricən qızışır, Kaxanın yerini hansısa həmkarı doldurmalıdır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
21 Oktyabr 17:10 Çək və bizə göndər!
21 Oktyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM