Azərbaycanlı forvard az maaşa razılaşdı - Futbolsuz qalmamaq üçün

10 Sentyabr 14:40 Bizimkilər 988
Azərbaycanlı forvard az maaşa razılaşdı - Futbolsuz qalmamaq üçün

Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun futbolsuz günləri başa çatıb.

İyunda “Motor“dan (Polşa) ayrılan forvard karyerasını Ukraynada davam etdirəcək.

O, “Bukovina” ilə 1+1 illik müqavilə imzalayıb. 27 yaşlı ön xətt oyunçusu 9 nömrəli formanı geyinəcək.

Yığmamızın üzvü məcburiyyətdən Ukraynaya yollanıb. Başqa real təklif olmadığı üçün.

“Neftçi“ ilə maliyyə şərtlərində razılığa gələ bilməyəndən sonra “Bukovina” prosesə qoşulub. Onun burada aylıq qazancı 7000 dolları keçməyəcək.

Hazırda “Bukovina” Ukrayna Premyer Liqasında beş turdan sonra 8-ci pillədədir.

Renat karyerası ərzində Portuqaliyanın “Eştoril”, “Pasuş de Ferreyra”, “Tondela”, İsveçrənin “Qrasşopper”, İngiltərənin “Vulverhempton”, Türkiyənin “Hatayspor” və “Ankaragücü” klublarında da oynayıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
16 Oktyabr 18:10 Çək və bizə göndər!
16 Oktyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM