Təhqir etdi, 4 matçlıq cəza ilə üzləşdi, 1000 manat cərimə kəsildi

03:20 II Divizion 25
Təhqir etdi, 4 matçlıq cəza ilə üzləşdi, 1000 manat cərimə kəsildi

II Liqada çıxış edən “Difai”nin futbolçusu Emil Binyətzadə 4 oyunluq cəza alıb.

Sportinfo.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.

Oyunçu 2-ci turda, “Marafon”la matçın 90+4-cü dəqiqəsində qeyri-etik ifadə və hərəkətə yol verdiyi üçün qırmzıı vərəqə alıb.

O, daha sonra hakimləri təhqir etdiyi üçün 4 matçlıq cəza ilə üzləşib. “Difai”yə isə 1000 manat cərimə kəsilib.

Bundan əlavə, onun komanda yoldaşı Fəzail Şirxanzadə 83-cü dəqiqədə ikinci sarı vərəqəni aldığı üçün meydandan qovulub və 1 matç cəza alıb. Klub isə 50 manat ödəməli olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
10 Sentyabr 21:00 Mümkün deyil ki?
10 Sentyabr 17:10 Çək və bizə göndər!
10 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Sentyabr 07:50 Aslanla gücləndilər - 1 il