“Qəbələ” baş məşqçi Kaxaber Tsxadadze ilə yollarını ayırdı.
Bölgə təmsilçisinin 3 turda cəmi 1 xal toplaması klub rəhbərliyinin səbr kasasını daşırmaya bilməzdi.
Öz meydanında debütant “Şəfa”ya məğlubiyyət (0:1) gediş üçün ciddi siqnal olmuşdusa, qəbələli azarkeşlərin gözləri önündə “Şamaxı”yla qolsuz bərabərlik gözlənilən qərarın verilməsinə səbəb oldu.
İndi sual doğuran əsas məqam yeni baş məşqçinin yerli, yoxsa əcnəbi olacağıdır.
Klub rəhbərliyi axtarışlara ölkə xaricində start verib. Məqsəd büdcəyə və hədəfə cavab verən xarici çalışdırıcı tapmaqdır.
Namizədlər çox olmasa da, yox deyil. Hazırda bu istiqamətdə bir neçə məşqçi ilə danışlqlar aparılır.
Alınsa, onlardan biri ilə müqavilə bağlanacaq. Yox, danışıqlar müsbət nəticə verməsə və vaxt uzansa, o zaman yerli mütəxəssislərdən biri “sükan” arxasına gətiriləcək.
“Qəbələ” bu problemi yaxın 10 gün gün ərzində yoluna qoymaq niyyətindədir.
HƏBİB / SPORTİNFO.AZ
