Sentyabrın 11-də gözlənilən hava şəraiti açıqlandı - PROQNOZ

11 Sentyabr 07:00 Gündəm 560
Sentyabrın 11-də gözlənilən hava şəraiti açıqlandı - PROQNOZ

Sentyabrın 11-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 17-20° isti, gündüz 25-28° isti olacaq.

Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət gcə 70-75%, gündüz 40-50% təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin günün ikinci yarısında bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.

Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 15-19° isti, gündüz 26-31° isti, dağlarda gecə 6-11° isti, gündüz 15-20° isti olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
16 Oktyabr 18:10 Çək və bizə göndər!
16 Oktyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM