“O, “qızıl top”u qazana biləcək səviyyədədir” - PSJ-nin baş məşqçisi

11 Sentyabr 00:00 Fransa 436
“O, “qızıl top”u qazana biləcək səviyyədədir” - PSJ-nin baş məşqçisi

PSJ-nin baş məşqçisi Luis Enrike komandasının “qızıl top”a namizəd futbolçuları barədə danışıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis, Xviça Kvaratsxeliya və digər futbolçularının bu mükafatı qazana biləcəyini bildirib:

“Xviça Kvaratsxeliya və Desire Due möhtəşəm futbolçulardır. Məncə, Kvaratsxeliya “qızıl top”u qazana biləcək səviyyədədir.

Eyni sözləri Osman Dembele, Vitinya və Fabian Ruiz haqqında da demək olar. Bu, həm məşqçi kimi mənim, həm də azarkeşlərimiz üçün möhtəşəmdir.

Azarkeşlər “Osman – “qızıl top”un sahibi” deyə, şüarlar səsləndirirlər. Gələcəkdə bu şüarı başqa futbolçuya da həsr edə bilərlər.

Komandamızın 30 namizədin yer aldığı siyahıda ən çox futbolçu ilə – 10 oyunçu ilə təmsil olunması bizim üçün əlavə motivasiyadır. Məhz bu, PSJ-ni xarakterizə edir”.

Digər Xəbərlər
Xəbər Lenti