Misli Premyer Liqasının IV turunda "Qəbələ" "İmişli"yə qalib gəlib.
Sportinfo.az xəbər verir ki, Qəbələ şəhər stadionunda baş tutan matç ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə bitib.
Hesabı 15-ci dəqiqədə "qırmızı-qaralar"dan Kouya Mabea açıb. 45+2-ci dəqiqədə qonaq komanda hesaba tarazlıq gətirib. Dioqo Almeyda adını tabloya yazdırıb.
"Qəbələ"yə 3 xalı qazandıran qola isə 66-cı dəqiqədə Karim Rossi imza atıb. "İmişli"nin heyətində Dioqo Almeyda 25-ci dəqiqədə penalti zərbəsindən yararlana bilməyib.
Cari mövsümdə ilk qələbəsini qazanan "Qəbələ" xallarının sayını 4-ə çatdırıb və turnir cədvəlində 6-cı pilləyə yüksəlib. Eyni xala malik "İmişli" isə 7-cidir.
"Qəbələ" - "İmişli" 2:1
Qəbələ şəhər stadionu, 1000 tamaşaçı
Baş hakim: Rauf Cabarov
Baş hakimin köməkçiləri: Rahil Ramazanov, Tərlan Talıbzadə
Dördüncü hakim: Rəvan Həmzəzadə
VAR: Rəşad Əhmədov
AVAR: Eyyub İbrahimov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Azər Əsgərov
Sarı vərəqələr: Şahin Şahniyarov, 27 (qeyri-idman hərəkəti); Xayme Syerra, 61 (qeyri-idman hərəkəti); Karim Rossi, 66 (qeyri-idman hərəkəti) // Yau Mozes, 69 (qeyri-idman hərəkəti); İdris İnqilablı, 69 (hakimin qərarına etiraz); Azər Salahlı, 87 (qeyri-idman hərəkəti)
Qollar: Kouya Mabea, 15; Karim Rossi, 66 // Dioqo Almeyda, 45+1
Qolla nəticələnməyən penalti: Dioqo Almeyda, 25
Artırılan vaxt: I hissədə 1 dəq; II hissədə 4 dəq.
“Qəbələ”
1. Səlahət Ağayev (k)
10. Şahin Şahniyarov
27. Eşqin Əhmədov
(13. Nicat Əliyev, 87)
24. İsmael Akinade
9. Karim Rossi
(21. Ziya Şəkərxanov, 85)
6. Xayme Syerra
12. Kouya Mabea
16. İsaak Amoah
5. Natan Monzanqo
80. Meşak Uboçioma
(7. Bruno Silva, 75)
3. Edson Eduardo
Ehtiyat oyunçular:
32. Artur Motta
94. Həbib Hüşənov
11. Asif Məmmədov
22. Fərid İsgəndərov
74. Süleyman Damadayev
66. Nuğay Rəşidov
2. Aqşin Yaqubov
19. Xəyyam Məmmədli
30. Cuma Hüseynov
Məşqçi: Amil Ağacanov
“İmişli”
1. Yusif İmanov
14. Bəxtiyar Həsənalızadə
19. Azər Salahlı (k)
77. Fərid Nəbiyev
(6. Yau Mozes, 61)
5. İdris İnqilablı
17. Seyxan Fərəcov
11. Vüsal Qənbərov
(80. Deko, 46)
29. Edvin Banquera
9. Dioqo Almeyda
23. Dioqo Rollo
7. Luis Silvestr
Ehtiyat oyunçular:
22. Sadiq Məmmədzadə
55. Murad Ələkbərov
33. Əkbər Eyubov
30. Xəlil Mürsəlli
10. Dioqo Kardozu
8. Xuan Hernandes
42. Sebai Senin
Baş məşqçi: Fərid Namazov
