Niyə qol vura bilmirdilər? - Media önündə söylədi ki...

5 Sentyabr 00:40 Qəbələ 736
Niyə qol vura bilmirdilər? - Media önündə söylədi ki...

"Qəbələ" Misli Premyer Liqasının 4-cü turunda doğma meydanda "İmişli"ni 2:1 hesabı ilə məğlub edib.

Sportinfo.az xəbər verir ki, "qırmızı-qaralar"ın məşqçisi Amil Ağacanov matçdan sonra keçirilən mətbuat konfransında açıqlama verib:

- Komandada məşqçi dəyişikliyi oldu. Əvvəlki oyunları təhlil etdik və daha yaxşı hazırlaşdıq. Bilirdik ki, "İmişli" uzun ötürmələr və standart vəziyyətlərdə yaxşı oynayır. Ona uyğun hazırlaşdıq. Qələbə münasibətilə hamını təbrik edirəm.

- "Qəbələ" əvvəlki 3 oyunda qol vura bilməmişdi, bu gün isə 2 qol vurdu. Problem nə idi?

- Hansısa problemin olduğunu deməzdim. Çempionatın əvvəli idi. Sadəcə, yaradılan fürsətlərdən istifadə edə bilmirdik. Futbolçularla fərdi olaraq danışdıq.

Digər Xəbərlər
Xəbər Lenti
21 Oktyabr 17:10 Çək və bizə göndər!
21 Oktyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM